YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşüb. Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat veriblər.

Görüşdə Mərkəzin fəaliyyəti, gələcək planları ilə bağlı müzakirələr aparılıb. Dünyanı narahat edən qlobal problemlərin həllinə töhfə vermək təşəbbüsləri yüksək qiymətləndirilib. Şefik Caferoviç Mərkəzin Bosniya və Herseqovinada və regionda həyata keçirdiyi layihələrin sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun dərinləşməsinə xidmət etdiyini bildirib.

Həmçinin martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Forumda iştirak edəcəyini bildirib.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirdə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.