YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatoru Aytən Hüseynova Rusiyanın hakim «Единая Россия» Partiyasının gənclər qolu-«Молодая Гвардия Единой России» təşkilatının (МГЕР) IX Qurultayında iştirak edib.  

Aytən Hüseynova səfər çəçivəsində  «Единая Россия» Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri, partiyanın baş katibinin müavini Andrey Klimov və Rusiya Dövlət Dumasının sədrinin müşaviri, aparıcı hüquqşünas Vladimir Pliginlə görüşdə iştirak edib. Görüş zamanı beynəlxalq əlaqələr və beynəlxalq hüquq normaları haqda, dünyada gedən hazırki siyasi proseslər, ölkələrarası iqtisadi və siyasi əlaqələr və s. haqda geniş müzakirə aparıldı.

YAP GB-nın əməkdaşı Aytən Hüseynova “Beynəlxalq hüquq normaları sisteminin qurulmasında gənc siyasi liderlərin rolu” mövzusunda keçirilən dəyirmi masada  Azərbaycanda gənclər siyasəti, gənclərimizin beynəlxalq arenada təmsilçiliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Avropa və Asiyada fəaliyyət göstərən siyasi partiyaların gənclər təşkilatları ilə sıx əlaqələri, bir neçə beynəlxalq gənclər təşkilatında isə tamhüquqlu üzv olması barədə məlumat vermişdir.