YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. 

Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov təşkilat üzvlərini bu münasibətlə təbrik edib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rol oynayır.

C.Yusubov deyib ki, 13 fevral 1993-cü ildə yaradılan YAP Mingəçevir şəhər təşkilatının sıralarında bu gün 7615 nəfər üzv birləşib. Həmçinin, 61 ərazi ilk partiya təşkilatları fəaliyyət göstərir. Onun sözlərinə görə, ötən  il ərzində təşkilat sıralarına 229 nəfər qəbul edilib. YAP şəhər təşkilatı hər zaman olduğu kimi bundan sonra da ictimai-siyasi proseslərdə yaxından iştirak edəcək.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurlardan bəhs edib. O, eyni zamanda, son illər ərzində ölkə başçısının Mingəçevirə göstərdiyi xüsusi diqqət və qayğıdan danışaraq bildirib ki, şəhər gündən-günə daha da inkişaf edir, şəhər gözəlləşir. Mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır ki, bütün partiya üzvləri də bu işlərdə yaxından iştirak edirlər: “YAP Mingəçevir şəhər təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edirlər”.

Tədbirdə daha sonra YAP Mingıəçevir şəhər  təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Şura üzvləri Əyyub Əyyubov, Ramiz Kərimov və Mirzə Cavadov çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rol oynadığı, partiyanın regionun ən böyük siyasi qüvvəsi olmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, qeyd olunub ki, son vaxtlar sosial şəbəkələrdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının aparılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Dövlətini sevən hər bir vətəndaş bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Bildirilib ki, AZərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir.

Tədbirdə YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub. Sonra tədbir bədii hissə ilə davam edib. 

DİGƏR Xəbərlər Arxiv