Xəbərlər
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır

Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsil üçün çox vacib olan istiqamətin - tələbələrin akademik göstəriciklərinin yüksəldilməsi üçün atılan addımdır.
Bunu təhsil naziri Ceyhun Bayramov deyib. /Trend/
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı növbəti aydan etibarən daha 16 min tələbənin akademik göstəricilərini yaxşılaşdırması üçün stimul yaradır.
Bu sərəncamın təxminən 110 min tələbəyə şamil olunduğunu deyən nazir bildirib ki, martın 1-dən hazırda təqaüd alan tələbələrdən başqa, 16 min tələbə də təqaüd almaq imkanı əldə edəcək:
“Bu isə təqaüd alan tələbələrin sayının 30 faiz artması deməkdir. Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq, 45 faizdən az olmayaraq, 2020-2021-ci tədris ilindən etibarən təqaüd alan tələbələrin sayının 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək".