YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.

Bu gün Ştaynmayer Qafqaz turnesinə başlayır. Səfər çərçivəsində o, Bakıda və Yerevanda da olacaq. Bu barədə “Deutsche Welle” radiosi xəbər verib.

Məlumatda deyilir ki, bu səfər Avropa İttifaqının hətta Ukraynadakı böhran qarşısında belə “Şərq Tərəfdaşlığı” ölkələrinin problemlərini diqqətdən qaçırmadığını göstərir.

Oktyabrın 23-də Ştaynmayer Bakıya gələcək. Burada onun ölkənin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Sonra Almaniya XİN rəhbəri Yerevana gedəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv