YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda fundamental azadlıqlar tam təmin olunub və bu bizim böyük nailliyyətimizdir

“Qanunlar əksər hallarda ictimai-siyasi münasibətləri tənzimləmək üçün qəbul olunur və müəyyən dövr üçün nəzərdə tutulur. İctimai-siyasi münasibətlər dəyişdikcə, qanunlara da yeniliklər edilir”. Bu fikirləri Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova fevralın 13-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş zamanı deyib.

B.Muradova bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, fundamental insan hüquqlarının qorunmasını daim diqqətdə  saxlayır. Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir, mətbuat sərbəst fəaliyyət göstərir. Yəni Azərbaycan fundamental azadlıqlar tam təmin olunub və bu bizim böyük nailliyyətimizdir.

“Hər hansı problemlər, üzləşdiyimiz çətinliklər bizi bu nailiyyətlərdən geri çəkilməyə vadar edə bilməz. Qəbul etdiyimiz qanunlar beynəlxalq standartlara uyğundur. Ölkəmizdə KİV, sosial şəbəkələr, onlayn media elektron resurslar mövcuddur və fəaliyyət göstərirlər. Amma bu sahədə bütün dünyada olduğu kimi, ölkəmizdə də qanuni çərçivədən çıxmaq genişlənib. Sosial şəbəkələrdə yalan, böhtan xarakterli  məlumatlar artır. Bu problem bütün dünyada yaşanır. Biz bu qədər informasiya axının və onun arxasında dayanan şəxlərin administrativ yollarla cəzalandırılması metoduna üstünlük verə bilmərik. Bu bizim yolumuz deyil. Biz burada insanların mənəvi-etik çərçivələri gözləməsi üçün daha çox mənəvi kriteriyalardan istifadəyə üstünlük verməliyik. Bu da ictimai qınaqdır”-deyə, Bahar Muradova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv