YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş katib YAP Gənclər Birliyinin fəaliyyəti haqqında geniş məlumata malik olduğunu qeyd edib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər cari və gələcək fəaliyyətləri, TÜRKPA-nın üzv ölkələri arasında əməkdaşlığın genişlənməsi məsələlərini müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv