YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla BMT əlilliyi olan insanların hüquqlarının və rifahının təmin olunmasına dair layihələr həyata keçirəcək

Fevralın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT Əhali Fondu arasında “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi keçirilib.

Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin həssas qruplarının sosial müdafiəsinə xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımlar atıldığını bildirib. Onun verdiyi məlumata görə, ötən ilin dekabrında nazirliklə BMT İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmağa töhfə vermək məqsədinə yönəlib. Nazir qeyd edib ki, 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasına təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluğunun, öz kiçik bizneslərinin yaradılmasının dəstəklənməsi və əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. Qeyd olunub ki, layihə 10 min nəfərdən atıq şəxsi əhatə edəcək.

Sonra layihələrin imzalanması mərasimi olub.