YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,6 milyon manat ayırıb

Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,6 milyon manat ayrılıb.

Prezident İlham Əliyev fevralın 9-da “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DİGƏR Xəbərlər Arxiv