Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin qısa zamanda həll edilməsinə səy göstərəcək

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin qısa zamanda həll edilməsinə səy göstərəcək.
Bu barədə Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir.
Məlumata əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.
Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək.
Eyni zamanda təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.