YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin qardaşı: Azərbaycan dövləti heç kimi tək qoymur

Oğul Vətən üçün doğulur, deyirlər. Pərviz də Vətən üçün doğulan, onun dar günündə harayına yetən təəssübkeşlərdən idi.

O, 1964-cü ildə doğulmuşdi. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdı. 1992-ci ilin mayında isə Şuşada əbədiyyətə qovuşub.

Pərvizin qardaşı Seyran Nüsrətov deyib: “Keçən həftə Prezident Sarayında keçirilən görüşdə dövlət başçısı bir daha nümayiş etdirdi ki, onun məqsədi insanların qayğıları ilə maraqlanmaq və problemlərini həll etməkdir. Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun qorunması uğrunda mübarizədə şəhid olanların ailələrini, eyni zamanda xəsarət almış, sağlamlığını itirmiş insanları daim qayğı ilə əhatə edir. Onun böyük humanistlik və sosial ədalət göstərərək bütün şəhidlərin ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanları ondan xəbər verir ki, dövlət heç kimi tək buraxmır. Bizə göstərilən bu münasibətə görə bir şəhid ailəsi kimi Prezidentə öz təşəkkürümü bildirirəm. Biz həmişə bu qayğını öz həyatımızda hiss etmişik”.

DİGƏR Xəbərlər Arxiv