YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Hüseynov: Vətəndaş cəmiyyəti institutları DİM-in milli səviyyədə icrasında müxtəlif formalarda iştirak edə bilər

“Vətəndaş cəmiyyəti institutları DİM-in milli səviyyədə icrasında müxtəlif formalarda iştirak edə bilər. Bu, ilk növbədə, təşviqat, o cümlədən daxili və beynəlxalq hesabatlılıq proseslərində fəal iştirakın təmin olunması formatında ola bilər”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

H.Hüseynov bildirib ki, QHT-lərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də, DİM-in geniş ictimaiyyətə çatdırılması, cəmiyyətin bütün təbəqələrinin bu barədə təsəvvürünün formalaşdırılması vasitəsilə maarifləndirilmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsində iştirakdır. Bu baxımdan, 2017-ci ilin may ayında QHT-lərin iştirakı ilə keçirilmiş “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda panel müzakirənin təşkil olunması mühüm maarifləndirmə tədbirlərindən biridir.

“Tədbir çərçivəsində dayanıqlı inkişafın idarə olunması və icrasında vətəndaş cəmiyyətinin rolu barədə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən layihələri həyata keçirən QHT nümayəndələrinin fikirləri dinlənilib, bu istiqamətdə fəallığın artırılmasının dair tövsiyələr səsləndirilib. Eyni zamanda, Avropa İttifaqı ilə birgə maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının “Gender əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi reallaşdırılır və İqtisadiyyat Nazirliyinin nümayəndəsi də layihənin istiqamətləndirici komitəsində təmsil olunur. Layihənin əsas məqsədi gender bərabərliyinin təmin edilməsi ilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması və bu istiqamətdə olan layihələrinin dəstəklənməsidir”-deyə, H.Hüseynov vurğulayıb.