YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın Baş naziri VII Qlobal Bakı Forumunda iştirak edəcək

Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya səfərə gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, B.Borisov mərkəzin ötən il Nyu-Yorkda keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Rosen Plevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının qatılması gözlənilir.