Xəbərlər
Taleh Ziyadov: Çin şirkətlərini Bakı Limanında fəaliyyətə dəvət edirik

Çin şirkətlərini Bakı Limanında fəaliyyət göstərməyə dəvət edirik.
Bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanı ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib.
O bildirib ki, Bakı Limanı Çinin “Bir kəmər - bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb.
T.Ziyadov Çin şirkətlərini Bakı Limanında ofis açaraq fəaliyyət göstərməyə dəvət edib.