YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Nəsibov: Partiyamızın gəncləri ictimai-siyasi proseslərdə daim fəaldırlar

“Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatda fəallığı ilə seçilirlər”. Bu fikri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov deyib.

F.Nəsibov bildirib ki, gənclər hər bir cəmiyyətin avanqard qüvvəsidir. Onun sözlərinə görə, savadli, intellektual  gənclik bu gün düzgün istiqaməti, düzgün və sağlam ideoloji inkişaf yolunu seçmək iqtidarındadır.

“Bu baxımdan, Azərbaycan gənclərinin mütləq əksəriyyəti Heydər Əliyev ideyalarına sadiqdirlər, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər. Dövlətimizin siyasəti nəticəsində Azərbaycanda sağlam ruhlu, intellektual gənc nəsl yetişib. Təbii ki, bu gənclik hər bir sahədə fəal şəkildə təmsil olunurlar. O cümlədən, gənclərimiz ictimai-siyasi proseslərdə də fəal iştirak edirlər. Bu gün gənclərimiz dövlət idarəçiliyində, seçkili orqanlarda, eləcə də vətəndaş cəmiyyətində aktiv şəkildə təmsil olunurlar. Və ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına, Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğ olunmasına öz töhfələrini verirlər.  Yeni Azərbaycan Partiyasının gəncləri bu baxımdan Azərbaycan gəncliyinin önündə gedir. Partiyamızın gəncləri daim ictimai-siyasi proseslərdə fəaldır. Onlar dövlətimizin və partiyamızın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün məsuliyyətlərini dərindən dərk edir və bu yolda fəaliyyətlərini davam etdirilər”.