YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır

“Bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır”. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətlə yanaşıb. Onun sözlərinə görə, Ümummilli liderin gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları fəallıqları ilə seçilirlər”, - deyə nazir müavini  qeyd edib.

2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsinin dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyası bu gün uğurla həyata keçirilir.