YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yordi Çukla: Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir

Avropa Şurası ən çətin dövrlərindən birini yaşayır. Təşkilatın gələcəyi sual altındadır. Avropa Şurasında bütün ölkələrə bərabər, ədalətli münasibət nümayiş etdirilməlidir. Əgər biz bu təşkilatın gələcəyini təmin etmək istəyiriksə, ilk növbədə, Azərbaycan kimi dövlətlərin bu quruma etimad göstərməsini təmin etməliyik.

Bu fikirləri AŞPA-nın ispaniyalı deputatı Yordi Çukla söyləyib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən vacib, güclü dövlətidir. Olduqca həssas geosiyasi mövqedə yerləşməsi Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Bunu bütün Assambleya üzvləri başa düşməlidir.