YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə  çevrilib. Ona görə də sosial şəbəklərin cəmiyyət həyatına təsirləri  aktual məsələlərdən biridir. Sosial şəbəkələrdə gənclərimizin böyük fəallıq göstərdiyini deyən YAP Sədrinin müavini bunu təbii hal kimi dəyərləndirib: “Çünki bütün yeni ideyaları ilk olaraq mənimsəyən gənclərdir. Azərbaycan cəmiyyəti gənc cəmiyyətdir. Əhalinin 46 faizə qədər 30  yaşa qədər olan gənclərdir. Bizim cəmiyyət gələcəyi parlaq olan, daha sağlam ideyaları qarşıya qoyan cəmiyyətdir. Cəmiyyətimiz saglam ideyalar uğrunda mübarizə aparır. Bu baxımdan, cəmiyyətimizin tərkibində gənclərin çoxluq təşkil etməsi müsbət haldır. Amma gənclər əxlaqı, mənəviyyatı, biliyi, tərbiyəsi ilə üstünlüyə sahib olmalı və bununla fərqlənməlidirlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın sıralarında müasir, bilikli, intellektual gənclər üstünlük təşkir edir. Partiyamızın sıralarında on minlərlə gənc birləşıb.  Gənclərimiz Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin reallaşmasına öz töhfələrini verirlər”-deyə, YAP Sədrinin  müavini vurğulayıb.

Ötən ilin aprel ayında ölkəmizdə prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, bu seçkilərdə gənclərimizin fəallığı, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri fədakarlıq mühüm hadisədir. Bu bir daha onu göstərir ki, ölkə  gəncliyi, xüsusilə YAP-ın sıralarında olan gənclər Heydər Əliyev ideyalarına sadiqdirlər, bu gün Prezident İlham Əliyevin siyasətinin reallaşmasına öz töhfələrini verirlər və bundan sonra da verəcəklər.

“Təbii ki, həyatımızda baş verən dəyişikliklərə ilk olaraq gənclər reaksiya verir. Qeyd etdiyim kimi, yeni texnologiyalar, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosail şəbəkələr həm informasiya vasitəsi kimi istifadə olunur, həm ünsüyyət, həm asudə vaxt  və s.vasitə kimi istifadə olunur.  Beləliklə, bu,  çoxşaxəli bir sferadır ki, insanları böyük dərəcədə cəlb edir. Hər bir yeniliklər, proseslər bir çox müsbət cəhətləri ilə  yanaşı, bəzi hallarda müəyyən çətinlikləri ortaya çıxarır. Bu mənada sosial şəbəkələrdən istifadə müsbəət olsa da, onun tam saflaşmaması problemlər də yaradır. Bəzi ölkələr isə sosial şəbəkələrlə bağlı qanunvericiliyə də dəyişiklər ediblər. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməli, onun mənfi halları isə aradan qaldırılmalıdır. Bunun reallaşması üçün düşünmək lazımdır”-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini Əli Əhmədov daha sonra müasir gəncliyin qarşısında duran vəzifələrlə bağlı öz fikir və tövsiyyələrini bildirib.

DİGƏR Xəbərlər Arxiv