YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan iqtisadiyyatı inkişaf baxımından dünyada ön sıralarda dayanır

“Ölkəmizdə  makroiqtisadi sabitlik təmin olunub. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf baxımından dünyada ön sıralarda dayanır”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda hökumət iqtisadiyyatın  şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn tədbirlərin miqyası kifayət qədər genişdir.

“Xüsusilə son vaxlarda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar, o cümlədən də ixracın və investisiyaların təşviqi mexanizminin işə salınması, ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrinin qəbul olunması, biznes mühitinin daha da optimallaşdırılması, struktur dəyişikliklərinin aparılması, idarəetmədə çevikliyin artırılması qeyri-neft sektorunda böyük canlanma yaradıb. Ölkəmizdə qeyri-neft iqtisadiyyatı üzrə istehsalın və ixracın genişlənməsi məmnunluq doğurur. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. Halbuki bir vaxtlar Azərbaycan iqtisadiyyatı əsasən neft sektorunun hesabına artırdı. Bütövlükdə, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə qeyri-neft sektorunun sərmayə cəlbediciliyini artırıb. Son illərdə həmçinin respublikamızın ixracı da əsasən qeyri-neft sektorunun hesabına genişlənir. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb”-deyə, komitə sədri vurğulayıb.