YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Qaraşov: Azərbaycan ötən il 13 milyon dollarlıq nar ixrac edib

2018-ci ildə Azərbaycan 13 milyon dollarlıq nar ixrac edib ki, bu da 2017-ci illə müqayisədə təxminən 25 faiz artım deməkdir.

Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanda 25 minədək nar bağı vardır. Keçən il 180 min tonadək nar istehsal olunub ki, bu göstərici 2017-ci illə müqayisədə artıb.

“Cari ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən xarici ölkələrə təşkil edilən ixrac missiyaları, açılan ticarət evlərində nar məhsullarının daha çox çeşidli olması və müxtəlif sərgilərdə iştirak nəzərdə tutulur. Həmçinin xarici əməkdaşlıq, aidiyyəti qurumlarla təcrübə mübadiləsi, təlimlərin keçirilməsi, eləcə də narçılıqla məşğul üzvlərin daha innovativ üsullar tətbiq etməklə bol və keyfiyyətli məhsul alması qarşıya qoyulan vəzifələrdəndir”, - deyə assosiasiya sədri əlavə edib.

Qadın sahibkarlığının inkişaf istiqamətlərindən danışan F.Qaraşov qeyd edib ki, məqsəd bu istiqamətdə özünəməşğulluğun, eləcə də qadınların narçılıq sahəsinə həvəsinin artırılmasıdır.