YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Aqrar İnkişaf Könüllüləri hərəkatının çox böyük gələcəyi olacaq

Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 24-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb: “Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər”.

DİGƏR Xəbərlər Arxiv