YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 39 müəssisənin açılması gözlənilir

2018-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir kreditlərin 64,3 faizinin regionların, 35,7 faizinin isə Bakının qəsəbələrinin payına düşdüyünü bildirib: “Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Son illər Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir. Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minə yaxın sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib.