YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Ölkəmiz beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəliklərə yüksək səviyyədə əməl edir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı ölkələrə səfərləri böyük uğurla keçib.

“Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Yeri gəlmişkən, NATO-nun ötən il keçirilən Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb. Bununla yanaşı, müstəqil Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Ötən il respublikamızda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirildi. Məlumdur ki, bu il Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu amil Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər”-deyə, deputat qeyd edib.