YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşün nəticələrini alqışladığını bəyan edib.

A.Quterreşin BMT-nin katibliyi tərəfindən yayılmış bəyanatında deyilir ki, baş katib tərəflərin uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına sadiq qalmasını, xüsusən nazirlərin hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə etmələrini alqışlayır.

BMT-nin baş katibi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına tam dəstəyini ifadə edib.