YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb.

Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.