YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Suraxanı rayonundakı 2 saylı uşaq evində görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə  Suraxanı rayonundakı 2 saylı uşaq evində görüş keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş bu körpələrə, həmçinin onlara gecə-gündüz xidmət edən insanlara mənəvi dəstəyin gənclərin borcu olduğunu qeyd etmiş və diqqətə çatdırmışdır ki, belə bir gün ərəfəsində qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqlarla görüşmək, onlarla birlikdə olmaq ənənəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün də bu ənənə davam etdirilir. Ölkəmizdə kimsəsiz uşaqlar üçün bütün şərait yaradılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə böyük layihələr həyata keçirir. Bu ənənələrin davam etdirilməsi, gənclərimizin bu məkanlara diqqətinin artırılması istiqamətində YAP gənclərinin təşkil etdiyi ziyarətlər də davamlı olacaqdır.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin açdıqları bayram süfrəsi və tanınmış müğənnilərin iştirakı ilə əyləncə proqramı uşaq evinin sakinlərinin sevincinə səbəb olub. Gənc fəallar qayğıya ehtiyacı olan uşaqlara müxtəlif məktəb ləvazimatları və hədiyyələr təqdim ediblər.