YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mətin Kərimli: Gənclərin məşğulluğunun təmin edlməsi daim diqqət mərkəzindədir

“Dayanıqlı İnkişaf Məqsədlərinin zəruriliyi hamı tərəfindən qəbul olunur”. Bu fikri əmək və əahlinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

 Dayanıqlı İnkişaf Məqsədlərinin üç əsas prinsipinin - inklüzivliyin təmin edilməsi, ətraf mühitin qorunması və iqtisadi artımın gücləndirilməsi olduğunu vurğulayan nazir müavini  ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

 Onun sözlərinə görə, Azərbaycanda bu sahədə davamlı tədbirlər həyata keçirilir: “Ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizə düşüb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir”.

Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluğu istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran M.Kərimli qanunvericiliyin təkmilləşdirildiyini, məşğulluqla bağlı yeni qanunun, əlilliklə bağlı bir sıra hüquqi aktların qəbul edildiyini bildirib. Nazir müavini bildirib ki, son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdəki əmək qüvvəsi olmadan həyata keçirilə bilməzdi. Bütün bu uğurlar Azərbaycanın əmək resurslarının peşəkarlığının göstəricisidir. Onun sözlərinə görə, gənclərin məşğulluğunun təmin edlməsi də daim diqqət mərkəzindədir. M.Kərimli söyləyib ki, Azərbaycan Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” ilə bağlı Tədbirlər Planı hazırlanır: “Dövlət başçısının qeyd olunan Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də Strategiyada əsas istiqamətlər kimi müəyyən olunub”.

DİGƏR Xəbərlər Arxiv