YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V qurultayı keçirilir

Dekabrın 19-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı işə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Şahin Mustafayev çıxışında ölkəmizdə aparılan iqtisadi islahatlar, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi, yaradılan əlverişli biznes və investisiya mühitindən danışıb. Bildirib ki, ölkəmizdə 45 aqroparkın yaradılması istiqamətində iş aparılır, 18 aqropark artıq fəaliyyət göstərir. Bu il 612 layihənin icrasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 160 milyon manat vəsait ayırıb. İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib. Bu layihə hesabına 22 min iş yeri yaradılıb. Sənaye zonaları və məhəllələrində həyata keçirilən layihələrə 5,5 milyard manat vəsait yönəldilib.

Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, son 15 ildə 2 milyondan çox yeni iş yeri yaradılıb, bunun da 1 milyon 600 mini daimi iş yerləridir. Bu müddətdə orta aylıq nominal əməkhaqqı 6,6 dəfə artıb. Bütün bunlar onu göstərir ki, həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafı sahəsində dövlətin atdığı addımlar öz töhfəsini verir. "Ölkədə 7 minədək kiçik müəssisə yaradılacaq ki, bu da sahibkarlığın inkişafına töhfədir", - deyə nazir qeyd edib.

Tədbirdə konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcək.

Qeyd edək ki, qurultayın işində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı, Milli Məclisin deputatları, hökumət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova, Gürcüstan və digər ölkələrin sahibkarlar təşkilatlarının rəhbərləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən iri şirkət rəhbərləri və Naxçıvan Muxtar Respublikası sahibkarlarının nümayəndələri iştirak edirlər.