YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə ilin yekunlarına həsr olunan qəbul təşkil edilib

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə dekabrın 18-də cari ilin yekunlarına həsr olunan qəbul təşkil edilib.

Qəbulda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın 2018-ci il ərzində həyata keçirdiyi xarici siyasət və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə danışıb. Nazir əsas diqqəti ölkəmizin xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə ayırıb. O, ölkəmizin cari il ərzində davam etdirilən uğurlu xarici siyasətinin, o cümlədən həyata keçirilən yüksək səviyyəli səfərlərin, paytaxtımızda təşkil olunan beynəlxalq tədbirlərin, qəbul olunmuş mühüm sənədlərin və imzalanmış ikitərəfli razılaşmaların nəinki bölgəmizdə, həmçinin geniş beynəlxalq müstəvidə sülh və təhlükəsizliyin, davamlı inkişafın təmin olunmasına xidmət etdiyini deyib.

Nazir ikitərəfli münasibətlərin inkişafı istiqamətində diplomatik korpusun səylərini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Diplomatik korpusun adından duayen qismində Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxış edib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə və həmin ölkələrin dövlət başçılarına təbriklərini çatdırıb.