Xəbərlər
Prezident İlham Əliyev Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə, teatrın əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzaladı.