YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur

“Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur”. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, ölkəmizdə bütün azadlıqlar, o cümlədən siyasi, ictimai, vicdan azadlığı təmin edilib. Onun sözlərinə görə,  bu istiqamətdə ölkəmizdə kifayət qədər mükəmməl hüquqi baza mövcuddur.

“Azərbaycan  Konstitusiyasının üçdə ikisinin məhz insan hüquqlarına həsr olunması təsadüfi hesab edilməməlidir. Bu fakt dövlətimiz insan hüquqlarına ali dəyər kimi yanaşdığını göstəricisidir. Bu gün həmçinin, ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır. Eyni zamanda, ölkəmizdə demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mühüm nailiyyətlər əldə edilib»- deyə, Y.Abramov qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv