YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaqif Əliyev: Dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı diqqət mərkəzindədir

“Dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması ı ilə bağlı çoxsaylı işlər görülür”.  Bu fikri mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

V. Əliyev bildirib ki, müvafiq dövlət proqramları, dövlətimizin başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir.

“Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz – Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir”-deyə, V.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv