YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranlı nazir: Xəzər İnnovasiya Konfransı Şərq və Qərb arasında körpü rolunu oynayır

Xəzər İnnovasiya Konfransı Şərq və Qərb arasında körpü rolunu oynayır.

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında deyib.

O bildirib ki, Bakıda keçirilən bu əhəmiyyətli konfrans regionun potensialını ortaya çıxaracaq. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, innovasiya tətbiqlərinin genişləndirilməsi qlobal əhəmiyyət daşıyır. Bu dörd dövlət regionda stratapların təşkil edilməsində də mühüm addımlar ata bilər.

Nazir, həmçinin qeyd edib ki, Bakıda keçirilən "Bakutel-2018" sərgisi texnologiya sahəsində iqtisadi münasibətlərin inkişafına, qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin şirkətlər üçün də yeni müstəviyə çıxarılmasına təkan verən bir sərgidir.