YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Ölkə gənclərini sahibkarlığa cəlb etmək və onların biznes ideyalarını daha da inkişaf etdirmək əsas məqsədlərimizdən biridir

“Ölkə gənclərini sahibkarlığa cəlb etmək və onların biznes ideyalarını daha da inkişaf etdirmək əsas məqsədlərimizdən biridir”. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, onların fəaliyyəti üçün əlverişli şərait yaradılır.

“Həyata keçirilən islahatlarda gənc sahibkarların da xüsusi yeri var. Bu yöndə reallaşdırılan layihələr gənclər arasında məşğulluğun təmin olunmasına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, gənclər siyasətinə də mühüm töhfədir. Əminəm ki, “Yeni nəsil” gənc sahibkarlara dəstək layihəsi də  uğurlu olacaq”, - deyə nazir müavini vurğulayıb.