YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko İlham Əliyevi “daim etibar edilməli olan əsl dost” adlandırır

Belarusun İctimai Televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfərindən geniş reportaj yayımlayıb.

Reportajda Aleksandr Lukaşenkonun İlham Əliyevi necə böyük hörmətlə qarşılayıb-yola saldığı diqqətə çatdırılır. Qeyd olunur ki, Belarus və Azərbaycan aralarında iki min kilometrdən artıq məsafə olmasına baxmayaraq, çox yaxın tərəfdaşlardır. Belarus Prezidenti azərbaycanlı həmkarını “daim etibar edilməli olan əsl dost” adlandırır.

“Belarus və Azərbaycan bütün istiqamətlərdə əməkdaşlığa hazırdırlar, dost ölkələr kimi bir-birinə kömək edirlər. Azərbaycan Prezidentinin bu səfəri dövlət başçılarının dostluğunu bir daha sübut etdi”, - deyə aparıcı vurğulayır.

Reportajda Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafından ətraflı bəhs olunur. Qeyd edilir ki, Belarus üçün ağır vaxtlarda Azərbaycan daim ölkəyə dəstəyini nümayiş etdirib. Rusiya ilə enerji mübahisələri zamanı isə Belarusa ekspress-kreditlə yardım edib.

Prezident İlham Əliyevin səfər çərçivəsində Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə də baş çəkdiyi qeyd edilən reportajda ölkəmizin milli məhsulları haqqında məlumat verilir. Eyni zamanda, Gəncə Avtomobil Zavodunda Belarusla birgə traktorun yığılması, Bakıda Belarus məhsullarının satışı ilə bağlı məlumatlar diqqətə çatdırılır.

DİGƏR Xəbərlər Arxiv