YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək

"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq". Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

S.Babayev bildirib  ki, proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: "Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”.

İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırıldığını xatırladan nazir söyləyib ki, bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq: "Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Nəticədə Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib”.