YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: 2019-cu ilin dövlət büdcəsi müstəqillik tariximizdə ən böyük büdcəmizdir

“2019-cu ilin dövlət büdcəsi müstəqillik tariximizdə  ən böyük büdcəmizdir”. Bu fikri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlir və xərclərin yüksək olması, ötən ilə nisbətən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir. Onun sözlərinə görə, büdcənin əlamətdar xarakteri bundan ibarətdir ki, büdcə vəsaitlərinin üçdə birindən çoxu sosial sahənin maliyyələşməsinə yönələcək.

“Bu da çox ciddi göstəricidir. Bu amil Azərbaycanın sosial dövlət olduğunun göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əsas məqsədimiz dünyanın ən inkişaf etmiş ölkələri sıralarına qoşulmaqdır. 2019-cu ilin dövlət büdcəsinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həm gəlirdə, həm ÜDM-də qeyri-neft sektorunun payı ildən ilə artır və 70 faizi ötür.  Bu o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir. Biz ölkəmizin büdcəsinin neftin qiymətindən asılı olmayaraq sabit inkişaf edən büdcə kimi qiymətləndirə bilərik”-deyə, M.Quliyev vurğulayıb.