YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya ilə İran arasında Azərbaycan ərazisi ilə yükdaşımaları 30 faiz artacaq

Rusiya ilə İran arasında Azərbaycan ərazisindən keçən yükdaşımaları 2019-2021-ci illərdə 30 faiz artacaq.

Bunu Rusiya Federasiyası Dövlət Dumasının Nəqliyyat və Tikinti Komitəsinin sədri Yevgeni Moskviçov “Rusiya nəqliyyatı” Beynəlxalq Forumunda çıxışında söyləyib.

Rusiya ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafından söz açan komitə sədri deyib: “Biz Azərbaycanla razılığa gəlmişik ki, Rusiya ilə Azərbaycan arasında İrana azad tranzit təşkil edilsin. Odur ki, hazırda İrana gedən və İrandan gələn yüklərin həcmi, zənnimcə, 2019-2021-ci illərdə 30 faiz artacaq”.

Azərbaycanın 2005-ci ildə qoşulduğu “Şimal-Cənub” dəhlizinin yaradılması Hindistandan Rusiyaya, habelə Şimali və Qərbi Avropaya yüklərin daşınması müddətini (indiki marşrutla 6 həftədən çox çəkir, “Şimal-Cənub” marşrutu ilə 3 həftə çəkəcəyi gözlənilir) azaltmaq məqsədi daşıyır.

Gözlənildiyinə görə, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsindən birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton yük daşınacaq.