YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatı tərəfindən rayon Gənclər İdman idarəsi və rayon Təhsil şöbəsi ilə birlikdə “Nə? Harada? Nə zaman?” intellektual oyunu və mini-futbol turniri keçirib.

Yarışlardan öncə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, rayon Gənclər İdman idarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, rayon Təhsil şöbəsinin metodistləri Vüsal Quliyev və Anar Rəsulov çıxış edərək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini bildiriblər. Çıxışlarda  Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi qeyd olunub. Vurğulanıb ki, bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib.Azərbaycan bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək tarixi nailiyyətlərə imza atmaqdadır.

Daha sonar yarışlara start verilib. Yarışlar yüksək səviyyədə keçirilib və qalib komandalar müəyyənləşib.