YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Pariyasının Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki siyasi proseslərdən danışıb. O deyib ki, partiyamız ötən 26 ildə şərəfli bir yol keçib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün genişlənir”.

T. Tağıyev bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.

Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Kooperasiya Universitetinin professoru Vilayət Əliyev, YAP Nərimanov rayon təşkilatının əməkdaşları Nərminə Yunusova və Vüsal Əliyev, Kooperasiya Universitetinin mətbuat katibi Tamerlan Əkbərov çıxış edərək bildiriblər ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 26 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir.

Sonda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olan gənclərə partiya vəsiqələri təqdim olunub.