YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası  Nizami rayon təşkilatının Şura iclası keçirilib.

İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatlarının və üzvlərimizin sayı da artırılıb: “Belə ki, bu ilin 9 ayı ərzində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılmış və 401 nəfər partiyaya qəbul edilmişdir. Bununla da, rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatıb. mışdır. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir”.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini, rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatının Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, Qadınlar Şurasının sədri Sevda Abdullayeva, Şura üzvü Nurməmməd Yarıyev və başqaları qeyd ediblər ki, YAP Nizami rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi öz sıralarını möhkəmləndirməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Vurğulanıb ki, respublikada qadınların və gənclərin qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərarlar verəcəklər.

İclasın sonunda partiyaya yeni qəbul edilmiş bir qrup gəncə vəsiqələr və partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən fəallara fəxri fərmanlar verilib.

DİGƏR Partiya xəbərləri Arxiv