YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan Minsk qrupunun fəaliyyətindən məmnundursa, deməli onların fəaliyyəti daha çox işğalçıya xeyir gətirir

«İşğalçı Ermənistan hər zaman prezidentlərin görüşünün baş tutmamasına çalışır. Ona görə də, hər görüş ərəfəsində müxtəlif təxribatlar törədir ki, prosesə zərbə endirsin. Bununla da danışıqların əsas predmetini atəşkəs rejiminin qorunub saxlanmasına yönəldir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

 E.Nəsirov bildirib ki, ATƏT-in Minsk qrupu, həmsədrlər işğalçı dövlətin təxribatlarına ciddi reaksiya vermir. Onun fikrincə, bu səbəbdən də  Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətindən çox məmnundur.

«NATO-nun Uels samitindən geri döndükdən sonra sentyabrın 6-da Sarkisyan hakim “Respublika” partiyasının rəhbərliyi ilə görüşündə açıq şəkildə qeyd etdi ki, Azərbaycan NATO və AŞPA, Ermənistan isə ATƏT və Minsk qrupu müstəvisində daha böyük müvəffəqiyyətlər qazanır. Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətindən məmnundursa, deməli onların fəaliyyəti daha çox Ermənistana xeyir gətirir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu neytrallıq prinsipini qorumağa çalışır, balanslı siyasət yeridir. Bunun özü də işğalçı üçün vacibdir və ona görə də razılıqlarını ifadə edirlər»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv