YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnam nümayəndə heyətinin üzvləri Qubada olublar

Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 15-də Qubada olub.

Heydər Əliyev parkında mehribanlıqla qarşılanan qonaqlar Quba rayonunun tarixi, mədəniyyəti, əhalisi haqqında ətraflı məlumatlandırılıblar.

Vyetnam nümayəndə heyəti Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanışlıqdan sonra Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Burada vyetnamlı qonaqlara ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

Bildirilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Nümayəndə heyətinin üzvləri Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Daha sonra qonaqlar şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib. Qonaqlara Quba xalçası hədiyyə olunub.

Vyetnam nümayəndə heyətinin üzvləri dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olublar.  

 

DİGƏR Xəbərlər Arxiv