YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında böyük tarixi xidmətlərindən biridir

«Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir». Bu fikri AMEA-nın vitse-prezidenti Milli Məclisin deputatı İsa Həbibbəyli  deyib. 

İ.Həbibbəyli bildirib ki, Ulu öndərin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır. Onun sözlərinə görə, dahi siyasətçi Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin edib.

 «Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir»- deyə, AMEA-nın vitse-prezidenti vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv