Xəbərlər
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Bu ilin 9 ayında Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycanda 11 Slovakiya kapitallı şirkət qeydiyyatdan keçib. Ümumiyyətlə bu il Azərbaycana 9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib.