YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək

2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib.

Oqtay Əsədov bildirib ki, bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub. “Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq üçün vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də özəl, qeyri-neft sektorunda çalışanların vergidən azad edilməsi bütün digər məsələlərlə yanaşı, uzunmüddətli perspektiv və dövlət büdcəsinin artımına gətirib çıxaracaq. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”, - deyə Milli Məclisin sədri qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv