YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır

Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat, o cümlədən xarici investisiyaların 7.5, daxili sərmayələrin 10.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda artım 2.5 faiz gözlənilir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 13-də Milli Məclisin plenar iclasında çıxışı zamanı məlumat verib.

Nazir deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin tətbiqi özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. Səkkiz iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrin 63 faizi artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonunadək fəaliyyətə başlayacaq”.

Şahin Mustafayev həmçinin bildirib ki, kompleks dövlət dəstəyi göstərilən layihələrinin ümumi dəyəri 2.5 milyard manat təşkil edən və tikintisi davam etdirilən 181 istehsal və emal müəssisələrinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, 19 min yeni iş yeri yaradılması imkanı yaradacaq. Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində iqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3.9 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz olacağı proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılan, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında layihələrinin ümumi dəyəri 2.8 milyard ABŞ dollarından artıq olan 18 müəssisəyə rezident statusu verilib, bunlardan 9-u artıq fəaliyyətə başlayıb, 5 müəssisənin ilin sonunadək, daha 3-nün isə gələn il istifadəyə verilməsi planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv