YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanın dövlət bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib

“Dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, 9 Noyabr Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın.

“Qürur hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Vaxtilə Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburqa gedəndə  Avropa Şurasında bayrağımızın qarşısında diz çökdüm və qürur hissi ilə Məhəmməd Hadiyə xitabən “ruhun şad olsun, var millətimizin imzası imzalar içində” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaşımız bununla qürur duyur”-deyə, deputat qeyd edib.