YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda gənc alim və mütəxəssislərin birinci Beynəlxalq elmi konfransı keçirilir

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin birinci Beynəlxalq elmi konfransı keçirilir.

Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan tədbir AMEA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşdırılıb.

Konfrans çərçivəsində texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə çıxışlar dinləniləcək.

Tədbirdə 30-dan çox ölkədən nümayəndələr iştirak edirlər.

 

DİGƏR Xəbərlər Arxiv