YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsi önəmlidir. Bu barədə Milli Məclisin sədr müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərov işçi qrupunun üzvləri ilə görüşdə deyib.

V.Ələsgərov Azərbaycanla Çexiya arasında münasibətlərin qarşılıqlı etimad əsasında qurulduğunu və hər iki ölkənin eyni dəyərləri bölüşdüyünü deyib.

O, ikitərəfli münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Milli Məclisin sədr müavini, həmçinin qonaqlara son illərdə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, həyata keçirilən iri layihələr barədə məlumat verib.

Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip isə qeyd edib ki, Azərbaycanla Çexiya arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın böyük rolu var. Onun sözlərinə görə, bu baxımdan hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının üzərinə mühüm vəzifələr düşür.

V.Filip Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını söyləyib. O, Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.